Bank Of Baku

Ədalət Partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə edə bilər

Ədalət Partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə edə bilər
# 07 aprel 2007 11:21 (UTC +04:00)
“Bəzi müxalif partiya və qəzetlərin sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin müdafiəsindəki canfəşanlıqları taktiki cəhətdən uğurlu görünsə də, əslində strateji baxımdan çox yanlış addımdır. Çünki bu cür mövqe bir tərəfdən xalqda müxalifətə inamsızlıq yaradır, o biri tərəfdən də dövlət başçısını kadr islahatından çəkindirir”. Bu fikirlər Ədalət Partiyasının sədr müavini Elxan Şükürlüyə istinadən partiyadan APA-ya daxil olmuş bəyanatda bildirilib. E. Şükürlü təmsil etdiyi partiyanın sabiqləri müdafiə kampaniyasında hər hansı formada iştirak etmədiyini və bundan sonra da iştirak etməyəcəyini bildirib: “Əgər hətta 2008-ci il seçkiləri ərəfəsində müxalifətin hansısa qanadı ilə sabiq nazirlərin tərəfdarlarından ibarət koalisiya yaransa belə, Ədalət Partiyası bu prosesdə iştirak etməyəcək. Biz hesab edirik ki, müxalifət partiyaları korrupsioner məmurların xalqdan oğurladıqlarını leqallaşdırmaqda vasitə olmamalıdır Əksinə, belə məqamlarda hakimiyyətin addımları təqdir edilməlidir ki, indiyədək yürüdülən siyasət dəyişdirilsin və xalqın canı bu korrupsionerlərin əlindən qurtarsın”. E. Şükürlü təmsil olunduğu partiyanın 2008-ci ilin prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etməsinin mümkünlüyünü də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR