Bank Of Baku

Elçin Quliyev: “İranın Azərbaycanla sərhədə hərbi texnika və qüvvə cəmləşdirməsi barədə xəbərlər həqiqətə uyğun deyil”

Elçin Quliyev: “İranın Azərbaycanla sərhədə hərbi texnika və qüvvə cəmləşdirməsi barədə xəbərlər həqiqətə uyğun deyil”
# 07 aprel 2007 12:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan-İran sərhədində vəziyyət tam sabitdir, buraxılış məntəqələri problemsiz fəaliyyət göstərirlər. İranla sərhədin bağlanmadığını qeyd edən E. Quliyevin sözlərinə görə, Azərbaycanın sərhədləri normal mühafizə edilir. Azərbaycan və Gürcüstan sərhədində yerləşən Keşikçi dağı ilə bağlı mübahisələrin olmadığını deyən E. Quliyev bu sahədə problemin olmadığını bildirib: “Azərbaycan və Gürcüstanın delimitasiya komissiyaları görüşərək sərhədlərin delimitasiya məsələsini həll edirlər. Delimitasiya komissiyaları hansısa məbədləri, abidələri bölməklə məşğul deyil. Bu komissiya yalnız dövlət sərhəd xəttinin keçmə yerlərini müəyyənləşdirir. Hazırda bu işlər müsbət məcrada gedir”. Gürcüstanın sərhədçiləri ilə münasibətlərin normal olduğunu deyən E. Quliyev delimitasiya işləri tam başa çatdıqdan sonra bütün məsələlərə aydınlıq gətiriləcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR