Bank Of Baku

AMİP prezidentə müraciət edəcək

AMİP prezidentə müraciət edəcək
# 09 aprel 2007 09:24 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qərargah problemi ilə bağlı ölkə prezidentinə müraciət edəcək. Bu barədə APA-ya məlumat verən partiyanın sədri Ayaz Rüstəmovun sözlərinə görə, 6 ildir, qərargahsız qalan AMİP-in bu probleminin həll olunması üçün aidiyyəti orqanların hamısına müraciət olunsa da, partiyaya qərargah verilməyib. A. Rüstəmov partiyanın iddiasını təmin etməyən 1 saylı İqtisad Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edəcəklərini, iddianın təmin olunmayacağı təqdirdə isə Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlarını deyib. Partiya sədri hazırda AMİP-in Nəsimi rayon təşkilatında şəraitsiz yerdə fəaliyyət göstərdiyini, Siyasi Şuranın iclaslarını keçirə bilmədiklərini qeyd edib. A. Rüstəmov həftə sonuna kimi hər iki müraciətin aidiyyəti üzrə göndəriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR