Bank Of Baku

Mikloş Haraşti İslam Konfransı Təşkilatı çərçivəsində Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Mikloş Haraşti İslam Konfransı Təşkilatı çərçivəsində Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 09 aprel 2007 09:28 (UTC +04:00)
Bu barədə APA-ya tədbirin təşkilatçısı olan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim verib. Onun sözlərinə görə, tədbirdə dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətləri, bu münasibətlərin inkişafında KİV-in rolu, təhsil və universal dəyərlərə dair məsələlər müzakirə olunacaq. Konfransda İKT-nın baş katibi Əkmələddin İhsanoğlu, görkəmli qazax yazıçısı Oljas Suleymenov, ATƏT-in söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti, ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük məsələləri üzrə xüsusi nümayəndəsi Ömür Orxun, Rumıniyanın keçmiş prezidenti İon İliesku və digər yüksək səviyyəli qonaqların iştirakı gözlənilir.
Tədbirdə Azərbaycanın yüksək səviyyəli rəhbərliyi də iştirak edəcək.
Konfransın ikinci günü iştirakçıların Azərbaycanın regionlarına səfəri, oranın mədəniyyəti və dini dözümlülük ənənələri ilə tanışlığı nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR