Bank Of Baku

Bakıda “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 09 aprel 2007 10:19 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) təşəbbüsü və təşkilatçılığı ilə aprelin 15-dən 19-na kimi Bakıda “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Konfransdan əvvəl iştirakçılar “Gənc liderlər dünyada sülh və təhlükəsizlik tərəfdarıdır” beynəlxalq hərəkatını təsis edəcəklər. Hərəkatın təsis toplantısında fəaliyyət konsepsiyası, konfransın inzibati sənədləri imzalanacaq, proqram qəbul olunacaq və müraciət hazırlanacaq. Tədbir gənc liderlər və qərar qəbul edənlər arasında səmimi müzakirə aparacaq forum rolunu oynayacaq. Beynəlxalq hərəkatın təşəbbüskarı YAP GB olduğu üçün onun bir illik konfransı Bakıda keçiriləcək. “Avroatlantik məkanda enerji təhlükəsizliyi” mövzusunda keçiriləcək konfransda Avroatlantik məkanda təhlükəsizliyə olan təhdidlərin aşağılanması, enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Azərbaycan gənclərinin proseslərə cəlb olunması məsələləri müzakirə olunacaq. Konfransda YAP sədrinin müavini Əli Əhmədov, gənclər və idman naziri Azad Rəhimov məruzə ilə çıxış edəcəklər. Konfransa ATƏT, Avropa Şurası, NATO təmsilçiləri ilə bərabər Ukraynanın Regionlar, Kanada Proqressiv Mühafizəkarlar, İtaliyanın Marqarita, Türkiyənin Ədalət və İnkişaf, Qazaxıstanın Otan, Rusiyanın “Yedinaya Rossiya”, Bolqarıstanın Sosialist partiyalarının gənclər təşkilatlarının rəhbərliyi, Makedoniya, Moldova və Belarus təmsilçiləri iştirak edəcəklər. Konfransdan əvvəl beynəlxalq hərəkatın üzvləri Milli Məclis rəhbərliyi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, gənclər və idman naziri Azad Rəhimov, YAP sədrinin müavini Əli Əhmədovla görüşəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR