Bank Of Baku

YAP Şuşa şəhər təşkilatının konfransı keçirilib

YAP Şuşa şəhər təşkilatının konfransı keçirilib
# 09 aprel 2007 10:27 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Şuşa şəhər təşkilatının II konfransı keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Konfransda 102 nümayəndə iştirak edib. Təşkilatın sədri Elxan Ələkbərov ötən dövr ərzində görülmüş işlər barəsində hesabat məruzəsi ilə çıxış edib. O, hesabat dövründə təşkilatlanma işini gücləndiyini, partiya üzvlərinin sıralarının xeyli genişləndiyini bildirib. Konfransda YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Elman Məmmədov, Şuşa şəhər İcra hakimiyyətinin başçısı Nizami Bəhmənov və digərləri çıxış edib, ictimai-siyasi həyatda baş verən yeniliklər, ölkədəki islahatlar prosesinin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Müzakirələrdən sonra təşkilatı məsələlərə baxılıb və E. Ələkbərov yenidən təşkilatın sədri seçilib. YAP-ın Şuşa şəhər təşkilatının 19 nəfərdən ibarət Şurası, 11 nəfər tərkibdə idarə heyəti və 3 nəfərlik nəzarət təftiş qrupu müəyyənləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR