Bank Of Baku

Rəsul Quliyevin tərəfdarları 59 rayon təşkilatında konfrans keçiriblər

Rəsul Quliyevin tərəfdarları 59 rayon təşkilatında konfrans keçiriblər
# 09 aprel 2007 10:44 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) qurultay hazırlıqlarını yekunlaşdırıb. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, artıq 59 rayon təşkilatında konfranslar keçirilib və 450 qurultay nümayəndəsi seçilib. Qurultay nümayəndələri içərisində Sərdar Cəlaloğlunun və onun bir neçə tərəfdarının da olduğunu bildirən A. Şahbazov hesab edir ki, onlar da qurultaya qatılmalıdırlar: “Çünki ADP-nin hazırkı səviyyəyə gəlib çatmasında onların da xidmətləri var. Bu baxımdan hesab edirik ki, qurultayda iştirak etmək onların haqqıdır. Əgər qurultaya qatılsalar, onlara mandat veriləcək. Onlar öz mövqelərini qurultaya elan edə bilərlər”. Qurultayın gündəliyinə gəldikdə, A. Şahbazov bildirib ki, qurultayın gündəliyi Təşkilat Komitəsinin sabah keçiriləcək iclasında hazırlanacaq. Hazırda isə qurultaya qonaqların dəvət edilməsi prosesi başlayıb və digər texniki məsələlər həll edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR