Bank Of Baku

Elmar Məmmədyarov İordaniyanın baş naziri ilə görüşüb

Elmar Məmmədyarov İordaniyanın baş naziri ilə görüşüb
# 09 aprel 2007 11:43 (UTC +04:00)
İordaniyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin baş naziri Maaruf əl-Baxtla görüşüb. Naziri Yaxın Şərq regionuna səfərdə müşayiət edən Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassubun APA-ya verdiyi məlumata görə, tərəflər ikitərəfli münasibətləri və əldə olunacaq razılaşmaları müzakirə ediblər. Razılaşmalar əsasən iqtisadi sahəyə aiddir. E. Məmmədyarov baş nazirə yaxın vaxtlarda Azərbaycan prezidentinin də İordaniyaya səfər edəcəyini bildirib. N. Qassub deyib ki, İordaniya kralı ölkədə olmadığından nazir onunla görüşə bilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR