Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Yaxın günlərdə bir neçə partiyanın iştirakı ilə əməkdaşlığa dair saziş imzalanacaq”

Mirmahmud Mirəlioğlu: “Yaxın günlərdə bir neçə partiyanın iştirakı ilə əməkdaşlığa dair saziş imzalanacaq”
# 09 aprel 2007 13:04 (UTC +04:00)
“Yaxın günlərdə bir neçə partiyanın iştirakı ilə əməkdaşlığa dair saziş imzalanacaq”. Bu sözləri APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. M. Mirəlioğlu sazişi imzalayacaq partiyaların adının əvvəlcədən çəkilməsini məqsədəuyğun hesab etmədiyini də bildirib: “Bir neçə aydır əməkdaşlıqla bağlı danışıqlar aparılsa da, son nəticədə hansı qurumun sazişə imza atacağı bəlli deyil. Çünki məsələyə Azərbaycan reallığında yanaşmaq lazımdır. Saziş imzalanan gün bütün məsələlərə aydınlıq gələcək”. Xatırladaq ki, bu ilin əvvəlində KXCP müxalifətin yeni güc mərkəzinin yaradılması təklifi ilə 14 partiyaya müraciət edib və aparılan danışıqlar nəticəsində bu qurumlar arasında müəyyən razılaşmalar əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR