Bank Of Baku

Serj Sərkisyan: “Əsas prioritetim Azərbaycanla sülh sazişi imzalanmasına nail olmaqdır”

Serj Sərkisyan: “Əsas prioritetim Azərbaycanla sülh sazişi imzalanmasına nail olmaqdır”
# 09 aprel 2007 13:26 (UTC +04:00)
İnsan haqlarının qorunması məsələsinə böyük diqqət ayıracağını deyən Sərkisyan ölkənin xarici siyasət kursunun prioritetlərini də açıqlayıb. Ermənistanın Rusiyanın dostu olacağını deyən Sərkisyan Cənubi Qafqaz regionunda ABŞ hərbi bazasının yerləşdirilməsi ideyasını dəstəkləməyəcəklərini bildirib. Ölkəsinin bir gün Avropa Birliyinə üzv olmaq niyyətini açıqlayan baş nazir qeyd edib ki, Ermənistan hətta perspektivdə belə NATO-ya daxil olmağı düşünmür. O, mayda keçiriləcək parlament seçkilərinin Ermənistan tarixində ən ədalətli və şəffaf seçki olacağını vurğulayıb. Erməni diasporunu ölkə iqtisadiyyatına sərmayə yatırmağa çağıran Serj Sərkisyan bu günə qədər ölkə iqtisadiyyatına qoyulan kapitalın cəmi 1 faizinin erməni diasporuna məxsus olduğunu bildirib. “Financial Times”da dərc olunan müsahibədə qeyd qismində Ermənistanın hələ də Dağlıq Qarabağı nəzarətdə saxladığı, işğal siyasətinin yüz minlərlə insanın ev-eşiyindən didərgin düşməsinə səbəb olduğu vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR