Bank Of Baku

Əli Orucov: “Etibar Məmmədov prezident seçkilərində iştirakla bağlı fikrini qətiləşdirməyib”

Əli Orucov: “Etibar Məmmədov prezident seçkilərində iştirakla bağlı fikrini qətiləşdirməyib”
# 09 aprel 2007 13:29 (UTC +04:00)
“Etibar Məmmədov prezident seçkilərində iştirakı ilə bağlı fikrini qətiləşdirməyib. Azərbaycan Milli İstiqlal Partiyasında da bu məsələ müzakirə olunmayıb”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucov verib. Ə. Orucov AMİP-in digər partiyalarla əməkdaşlığa dair imzaladığı sazişlərin partiyalararası əlaqələrin genişləndirməsi məqsədi daşıdığını da bildirib: “Bu, prezident seçkilərinə hazırlıq kimi yozula bilməz. Ancaq istərdik ki, hakimiyyətin dəyişilməsini arzulayan müxalifət qüvvələri Etibar Məmmədovun ətrafında yeni güc mərkəzi yaratsın”. AMİP lideri Etibar Məmmədov isə APA-ya açıqlamasında bu məsələyə münasibət bildirməkdən imtina edib və bildirib ki, hazırda daha ciddi işlərlə məşğuldur.
Xatırladaq ki, aprelin 5-də APA-ya verdiyi açıqlamada AMİP sədri Ayaz Rüstəmov 2008-ci il prezident seçkilərində Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi üçün bəzi partiyalarla danışıqlara apardıqlarını demişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR