Bank Of Baku

Elmar Məmmədyarov iordaniyalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov iordaniyalı həmkarı ilə görüşüb
# 09 aprel 2007 13:34 (UTC +04:00)
İordaniyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Abdel İlah əl-Xətiblə görüşüb. Bu barədə APA-ya naziri Yaxın Şərq regionuna səfərdə müşayiət edən Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub məlumat verib. O bildirib ki, nazirlər ikitərəfli münasibətləri, Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqlar prosesini, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və digər məsələləri müzakirə ediblər. Bu gün E. Məmmədyarov İordaniyanın iqtisadiyyat naziri və Əmman şəhərinin meri ilə də görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR