Bank Of Baku

Milli QHT Forumu Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Samir Məmmədovla bağlı ATƏT sədrinə müraciət edib

Milli QHT Forumu Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Samir Məmmədovla bağlı ATƏT sədrinə müraciət edib
# 09 aprel 2007 14:12 (UTC +04:00)
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQHTF) prezidenti, millət vəkili Azay Quliyev Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir görülmüş əsgəri Samir Məmmədovla bağlı ATƏT sədri Migel Anhel Moratinosa müraciət edib. Bu barədə APA-ya MQHTF-dən məlumat verilib. Müraciətdə qeyd edilir ki, Samir Məmmədovun əsir götürülməsindən 4 aydan artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan heç bir səbəb olmadan onu geri qaytarmaq istəmir. Millət vəkili təəssüflə nəzərə çatdırıb ki, Azərbaycanın müvafiq qurumlarının və beynəlxalq təşkilatların əsirin azad olunması istiqamətində Ermənistan tərəfi ilə apardığı danışıqlar heç bir nəticə verməyib. 422 təşkilatı özündə birləşdirən MQHTF adından ATƏT sədrindən xahiş edilir ki, imkanlarından və şəxsi nüfuzundan istifadə edərək, əsgərimizin əsirlikdən azad olunması üçün Ermənistana təsir etsin və bu məsələnin tezliklə həllində yardımçı olsun.
Qeyd edək ki, müraciətin surəti Avropa Şurasının baş katibi Terri Devisə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Yakob Kelenberqə göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR