Bank Of Baku

ADP-nin Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsi 12 rayon təşkilatını buraxıb

ADP-nin Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsi 12 rayon təşkilatını buraxıb
# 09 aprel 2007 14:44 (UTC +04:00)
ADP-nin Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsinin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi ümumilikdə 12 rayon təşkilatının tərkibinin buraxılması ilə bağlı qərar qəbul edib. Bu barədə APA-ya Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, bu qərarın qəbul olunmasına səbəb həmin rayon təşkilatlarının Rəsul Quliyevin mövqeyini müdafiə etməsidir. Digər rayon təşkilatlarının tam tərkibdə S. Cəlaloğlunu dəstəklədiyini söyləyən H. Rüstəmov artıq 30 rayon təşkilatında qurultaya hazırlıq üzrə konfransların keçirildiyini, 16 rayon təşkilatında isə konfransların planlaşdırıldığını qeyd edib. S. Cəlaloğlunun və digərlərinin Rəsul Quliyevin tərəfdarlarının təyin etdiyi qurultaya qatılıb-qatılmayacağına gəldikdə, H. Rüstəmov qarşı tərəfin onları qurultay nümayəndəsi seçməsinin növbəti blef olduğunu bildirib: “Onlar Sərdar Cəlaloğlunu və digərlərini qurultay nümayəndəsi seçməklə guya obyektivlik görüntüsü yaratmağa, bununla həm cəmiyyəti, həm də ADP üzvlərini aldatmağa çalışırlar. Bizdə olan məlumata görə, onlar rayon təşkilatlarına gedərək hətta tərəflərin birləşəcəyi ilə bağlı yalan məlumatlar yayırlar. Bizim bu oyunbazlıqda iştirak etmək fikrimiz yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR