Bank Of Baku

Sərdar Cəlaloğlu Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Sərdar Cəlaloğlu Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
# 09 aprel 2007 15:17 (UTC +04:00)
ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu Rəsul Quliyevin tərəfdarlarına ADP adı ilə qurultay keçirmək məqsədi ilə yer ayırdığı üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı bu gün Səbayel Rayon Məhkəməsinə müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Şikayət ərizəsində ADP üzvü olmayan şəxslərin partiya adından qurultay keçirməyə cəhdləri “Siyasi partiyalar haqqında” qanuna, ADP-nin Nizamnaməsinə zidd olduğu bildirilib. Ərizədə BŞİH-in ADP adı altında partiya üzvü olmayan bir qrup şəxsə, o cümlədən R. Quliyev və A. Şahbazova qurultay keçirməsi ilə bağlı yer ayırmaqla qeyri-qanuni hərəkətlərə yol verdiyi bildirilib. Ərizədə Mülki Prosessual Məcəllənin 296-300-cü maddələrinin tələblərini rəhbər tutaraq, Səbayel Rayon Məhkəməsindən BŞİH-in R. Quliyevin tərəfdarlarına qurultay keçirmək üçün yer ayrılması ilə bağlı qərarının ləğv olunması xahiş edilib. Qeyd edək ki, BŞİH R.Quliyevin tərəfdarlarına aprelin 14-də Rəsulzadə qəsəbəsində yerləşən Neftçilərin Mədəniyyət Sarayında qurultay keçirməyə razılıq verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR