Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 09 aprel 2007 15:20 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlər müzakirə edildikdən sonra partiyadaxili məsələlərə baxılıb. Növbəti həftədən etibarən bölgələrdə zona müşavirələrinin keçirilməsi ilə bağlı qərar qəbul olunub. Sonra partiyanın 29 aprel mitinqinə hazırlıq məsələləri müzakirə edilib və mitinqin yüksək səviyyədə keçirilməsi üçün Divan üzvlərinə müvafiq tapşırıqlar verilib. Bundan əlavə, toplantıda AŞ PA-nın qarşıdan gələn sessiyası və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Toplantının sonunda cari məsələlərə baxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR