Bank Of Baku

AMİP “Dini tolerantlıqdan siyasi tolerantlığa doğru” mövzusunda beynəlxalq forumun vaxtını hələ müəyyənləşdirməyib

AMİP “Dini tolerantlıqdan siyasi tolerantlığa doğru” mövzusunda beynəlxalq forumun vaxtını hələ müəyyənləşdirməyib
# 09 aprel 2007 16:01 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) “Dini tolerantlıqdan siyasi tolerantlığa doğru” mövzusunda beynəlxalq forumun vaxtını İsveçin Moderant Partiyasından olan millət vəkilləri ilə razılaşdırdıqdan sonra təyin edəcək. Bu barədə APA-ya partiyanın sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, forumun keçirilməsi ilə bağlı bütün hazırlıqlar başa çatıb, məruzəçilər müəyyənləşib. A. Rüstəmov bu forumu Moderant Partiyasının iştirak olmadan keçirmək niyyətində olmadıqlarını qeyd edib: “Çünki biz bu partiya ilə əməkdaşlıq edirik və bizim fikirlərimizin Avropada yayılmasında xüsusi fəallıq göstərirlər. Belə bir forumun keçirilməsini də Moderant Partiyası ilə birgə qərar vermişik. Ona görə də tədbiri ayrıca keçirməyəcəyik”. A. Rüstəmov İsveçli deputatlarla danışıqlar aparıldığını deyib və bildirib ki, onların Bakıya səfəri nə zaman baş tutsa, forum da o zaman keçiriləcək. Qeyd edək ki, AMİP İsveçli deputatların Bakı səfərinin reallaşmamasına görə sözügedən forumu iki dəfə təxirə salıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR