Rumıniya Senatının sədri: “Azərbaycan Avropa İttifaqına inteqrasiya prosesində Rumıniyanın qanunvericilik təcrübəsindən yararlana bilər”
- 2000-ci ildən bu günə qədər Rumıniya Senatının sədri olaraq parlament diplomatiyasına xüsusi diqqət ayırmışam. Parlamentlər və millət vəkilləri arasında birbaşa təmaslar anlaşma və bir sıra müsbət ikitərəfli və çoxtərəfli münasibətlərin yaradılması üçün çox effektiv vasitədir. Bu, Rumıniya və Azərbaycan parlamentləri arasında münasibətlərə də aid olunmalıdır. Həmin münasibətlərdə Milli Məclisin sədri Oqtay Əsədovun Buxarestə səfəri əlamətdar rol oynadı. Oqtay Əsədovla söhbətlərdən yaddaşıma ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsində parlamentlərarası münasibətlərin dəyəri və əhəmiyyəti, eləcə də sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə dair ortaq mövqelərimiz həkk olunub. Beləliklə, parlament səviyyəsində əlaqələrimizi çox yaxşı olaraq səciyyələndirərdim və çoxsaylı sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından mükəmməl perspektivləri mövcuddur. Oqtay Əsədovun 2006-cı ilin dekabrında həyata keçirilmiş Rumıniya prezidenti və Senat sədri ilə ən yüksək səviyyəli görüşləri əhatə edən səfəri siyasi və iqtisadi dairələr üçün Rumıniya-Azərbaycan əlaqələrinin qarşılıqlı mənfəət zəminində genişləndirilməsi baxımından güclü siqnal rolunu oynadı.
- Azərbaycana gözlənilən səfəriniz zamanı hansı məsələlər müzakirə ediləcək?
- Etiraf edim ki, sizin gözəl ölkənizi görməyi, elə bu il Azərbaycan xalqının qonaqpərvərliyindən bəhrələnməyi, sizin siyasi liderləriniz ilə mənalı söhbətlər aparmağı çox arzu edərdim. Təəssüf ki, Rumıniyanın daxili siyasi vəziyyəti mənim Buxarestdə olmağımı tam zəruri edir. Buna görə də heyf ki, bu təqvim ilində cənab sədr Oqtay Əsədovun dəvətini həyata keçirə bilməyəcəyəm. Ancaq sizi əmin edirəm ki, Oqtay Əsədovun dəvətini mümkün qədər tez gerçəkləşdirmək üçün mümkün olan hər şeyi edəcəyəm.
- Azərbaycanla Rumıniya arasında əməkdaşlıq hansı səviyyədədir?
- Dediyim kimi, siyasi səviyyədə münasibətlər mükəmməldir. Fikrimcə, daha yaxşı və daimi qarşılıqlı tanışlığa ehtiyac var, bir-birimizin təcrübəsini və ölkələrimizdəki bu əsaslı dəyişikliklər dövründə qarşılaşdığımız çətinlikləri bölüşməyimiz lazımdır. Rumıniyanın Avropa İttifaqının üzvü olması və Azərbaycanın iqtisadi inkişafının diqqəti cəlb edən ritmi genişmiqyaslı iqtisadi əməkdaşlıq üçün olduqca əlverişli şərtlərdir. Oqtay Əsədovun Rumıniyaya səfəri zamanı söylədiyi “Azərbaycanın prioritet sahələrindən biri Rumıniyanın enerji təhlükəsizliyini təmin etməkdən ibarətdir” fikri və Azərbaycan mütəxəssislərinin bu istiqamətdə çalışmasına dair verdiyi təminat Rumıniyada çox dəyərləndirilən siyasi və iqtisadi siqnal kimi qəbul olunur. Öz növbəmizdə biz Azərbaycanı Rumıniyanın beynəlxalq səviyyədə tanınmış təcrübəyə malik olduğu neft, qaz sektoru üçün yüksək keyfiyyətli avadanlıq, sənaye armaturları, enerji və kənd təsərrüfatı sektoru üçün avadanlıq ilə təchiz edə bilərik.
- Rumıniya və Azərbaycan qanunvericilik orqanları arasında əməkdaşlığın səviyyəsi sizi qane edirmi?
- Əməkdaşlığın daha yaxşı olmasına həmişə ehtiyac var və həmişə bir-birimizdən öyrənə biləcəyimiz işlər olacaq. İkitərəfli səviyyədə yaxşı əlaqələrimiz var və birlikdə çoxtərəfli sahədə də bir o qədər yaxşı çalışırıq. Bizim parlament nümayəndə heyətlərimiz çox yaxşı əməkdaşlıq edir, buna misal olaraq Avropa Şurası Parlament Assambleyası səviyyəsində əməkdaşlığımızı göstərə bilərəm. Bu baxımdan qərara aldıq ki, Rumıniya parlamentinin təmsilçiləri Azərbaycan tərəfinə Avropa İttifaqına inteqrasiya prosesi zamanı əldə olunmuş qanunvericilik təcrübəsini təqdim etsinlər. Bu məqsədə nail olmaq üçün hər iki parlamentdə qanun layihələrinin peşəkar səviyyədə müzakirə olunduğu daimi komissiyaların deputatları arasında görüşlər yerinə düşərdi. Rumıniya parlamenti xüsusilə intensiv əmək həyata keçirib və nəticədə 12 ilə yaxın müddət ərzində Avropa İttifaqın hüquq və öhdəliklərinə uyğun minlərlə qanun qəbul edib. Biz Oqtay Əsədovla bu fikrə gəldik ki, bu sahədə əlaqələrin gücləndirilməsində Rumıniya-Azərbaycan dostluq qruplarının da mühüm payı ola bilər.
- Rumıniya yanvarın 1-dən Avropa İttifaqına üzv qəbul olunub. Buxarest bu quruma inteqrasiya məqsədilə Azərbaycana necə kömək edə bilər?
- Təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, Avropa İttifaqına inteqrasiya mürəkkəb və vaxt aparan prosesdir. Bu prosesin vaxtında başa çatması siyasi və iqtisadi faktorlardan, həm də müəyyən siyasi konyukturdan asılıdır. Mən hazırda Avropa İttifaqının üzvlərinin 27-ə çatmasından sonra meydana çıxan qurumdaxili problemləri nəzərdə tuturam. Siyasi, iqtisadi və qanunvericilik baxımından Avropa İttifaqı normalarına uyğunluq təşkil etmək üçün dözüm, səbir və səylərə ehtiyac var. Avropa İttifaqı ilə müzakirələrin uğurla başa çatması və 2006-cı ilin noyabr ayında Avropanın Yeni Qonşuluq Siyasəti proqramı çərçivəsində Fərdi Fəaliyyət Planının imzalanması Azərbaycan üçün mühüm addım hesab olunmalıdır. Rumıniya Azərbaycanın Avropa qurumları ilə yaxınlaşmaq istiqamətində səylərini dəstəkləyir. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
DÇ-2026: Yaponiya Tunisi darmadağın edib
Ukrayna Ordusu Kerç yarımadasına zərbə endirib, 4 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB
KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək
Gəncədə evdən meyit tapılıb
ABŞ İranla danışıqları təhlükəyə atmamaq üçün İsrailə təzyiq göstərir
İtaliyanın səkkiz şəhərində həddən artıq istilik səbəbilə xəbərdarlıq edilib
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
Starmer 22 iyunda istefa verəcəyini açıqlaya bilər
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə çatıb
Ağ Ev: ABŞ Latın Amerikasındakı narkotik kartellərini hədəf almağa davam edəcək
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub edib
Poroşenko da Polşanın Ağ Qartal Ordenindən imtina edib
Vens: ABŞ-İran danışıqları bir neçə gün davam edə bilər
Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb
Qəbələdə ağır qəza olub, 1 nəfər ölüb
Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq
Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb
ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var
DÇ-26: Niderland İsveçi darmadağın etdi
Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb