Bank Of Baku

Zaur Ramazanov: “Sərdar Cəlaloğlunun Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verməsi məntiqsizlikdir”

Zaur Ramazanov: “Sərdar Cəlaloğlunun Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verməsi məntiqsizlikdir”
# 10 aprel 2007 09:12 (UTC +04:00)
“Sərdar Cəlaloğlunun Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət etməsində heç bir məntiq yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin ictimai və siyasi təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib. Onun sözlərinə görə, Rəsul Quliyevin rəhbərlik etdiyi ADP qurultay keçirmək üçün partiyanın blankı ilə şəhər rəhbərliyinə ərizə ilə müraciət edib və onlar üçün müvafiq yer ayrılıb: “AXCP, AMİP daxilində baş verən proseslərdə də belə olmuşdu. Burada günahkar Bakı şəhər İcra Hakimiyyəti deyil. Onlar özləri öz aralarında aydınlaşdırmalıdırlar ki, partiyanın hüquqi sahibi kimdir. Əgər öz aralarında bunu edə bilmirlərsə, məsələ ya məhkəmə, ya da Ədliyyə Nazirliyi vasitəsilə həll edilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR