Bank Of Baku

Aprelin sonundan AXCP-nin rayon təşkilatlarında konfranslar başlayacaq

Aprelin sonundan AXCP-nin rayon təşkilatlarında konfranslar başlayacaq
# 10 aprel 2007 09:21 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti qurultaya hazırlıq məqsədilə aprelin sonundan rayon təşkilatlarında konfranslar keçirməyə başlayacaq. Bu barədə APA-ya partiya Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, payıza kimi 83 rayon təşkilatında konfransların keçirilməsi, yerli təşkilatlarda yeni rəhbərliyin formalaşdırılması və qurultay nümayəndələrinin seçilməsi nəzərdə tutulur. Q. Əlibəyli zona müşavirələri keçirildiyini və artıq bu prosesin başa çatmaq üzrə olduğunu da bildirib. O, qurultayın payızda keçiriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR