Bank Of Baku

İordaniya şirkətləri Bakıda həyata keçirilən infrastruktur layihələrində iştirak edə bilər

İordaniya şirkətləri Bakıda həyata keçirilən infrastruktur layihələrində iştirak edə bilər
# 10 aprel 2007 09:43 (UTC +04:00)
“İordaniya daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək, qaçqın və məcburi köçkünlərə humanitar yardımı bundan sonra da davam etdirəcək”. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu sözləri İordaniyanın baş naziri Maaruf əl-Baxt Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə deyib. Nazirin İordaniya parlamentinin Senatorlar Palatasının sədri Ziyad Əl-Rifai ilə görüşündə isə iki ölkənin parlamentləri arasında əlaqələr, parlamentlərarası dostluq qrupunun fəaliyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb və spikerlərin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Əmman şəhərinin meri Amr Əl-Maani ilə görüşdə Bakı və Əmman şəhərlərinin qardaşlaşması, Bakıda həyata keçirilən geniş infrastruktur layihələrində İordaniya şirkətlərinin iştirakı, habelə paytaxt merlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov bu gün İordaniyanın tarixi yerləri ilə tanış olduqdan sonra Suriyaya gedəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR