Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Müsavat hakimiyyətin maraqlarına uyğun addımlar atır”

Qulamhüseyn Əlibəyli: “Müsavat hakimiyyətin maraqlarına uyğun addımlar atır”
# 10 aprel 2007 10:13 (UTC +04:00)
“Müsavat Partiyası hakimiyyətin təyin etdiyi yerdə aksiyalar keçirməklə, şans yaratdı ki, hakimiyyət bundan istifadə etsin. Nəticədə AŞPA həmməruzəçiləri də hazırladıqları hesabatlarında belə hesab etdilər ki, Müsavat Partiyası həmin yerdə mitinq keçirməyə razılıq veribsə, deməli, hakimiyyət, doğrudan da, bir qədər yumşalıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. Müsavatın hakimiyyətin maraqlarına uyğun addımlar atdığını deyən Q. Əlibəylinin sözlərinə görə, bu mərhələdə prinsipial mövqe nümayiş etdirmək lazım idi: “Şəhərdən kənarda, əhalinin az olduğu yerdə hər hansı aksiyanın keçirilməsi sərbəst toplaşmaq azadlığının təmin olunması demək deyil. Biz aksiyaların şəhərin mərkəzində keçirilməsi üçün mümkün olan bütün addımları atacağıq”. Q. Əlibəyli lazım olsa, bununla bağlı məhkəmələrə də müraciət edəcəklərini qeyd edib. O, istənilən halda, təmsil etdiyi partiyanın şəhərin mərkəzindən kənarda aksiya keçirməyəcəyini deyib.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya açıqlamasında Q. Əlibəylinin fikirlərinin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, həmməruzəçilərin hesabatında şəhərin mərkəzindən kənarda mitinqlər keçirmək sərbəst toplaşmaq azadlığının təmin olunması kimi qiymətləndirilməyib: “Buradan da görünür ki, onların bizə qarşı ittihamları əsassızdır. Əvvəlcə hesabatı oxuyub, sonra ittiham etmək lazımdır. Biz də bildiririk ki, şəhərin kənarında mitinq keçirmək sərbəst toplaşmaq azadlığının bərpa olunması demək deyil. Bu hüququn bərpası üçün də mümkün addımları atırıq. Təəssüf ki, bu işi yalnız Müsavat Partiyası görür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR