Bank Of Baku

GUAM sülhməramlı qüvvələrinin yaradılmasına dair əsasnamə hələ hazırlanmayıb

GUAM sülhməramlı qüvvələrinin yaradılmasına dair əsasnamə hələ hazırlanmayıb
# 10 aprel 2007 10:54 (UTC +04:00)
GUAM sülhməramlı qüvvələrinin yaradılmasına dair Əsasnamə hələ hazırlanmayıb. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Təmirov məlumat verib. Bu məsələnin GUAM dövlət başçılarının iyun ayında Bakıda keçiriləcək görüşündə müzakirə olunub-olunmayacağına münasibət bildirən diplomat bildirib ki, mayın əvvəlində Bakıda GUAM Milli Koordinatorlar Şurasının iclası keçiriləcək və sammitdə müzakirə olunacaq məsələlər həmin görüşdə müəyyənləşdiriləcək. Daha sonra Bakıda GUAM-a üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək və sammitin gündəliyi təsdiq olunacaq. “Demokratiya və İqtisadi İnkişaf Uğrunda” beynəlxalq təşkilatın (GUAM) katibliyinin nə vaxt işə başlayacağı barədə suala cavab verən S. Təmirovun sözlərinə görə, bu, qurumun Nizamnaməsinin təsdiqindən sonra baş verəcək: “Azərbaycan və Gürcüstan parlamentləri Nizamnaməni təsdiqləyiblər. Ukrayna və Moldova parlamentləri isə sənədi Bakı sammitinə qədər ratifikasiya etməlidirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR