Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri ilə görüşüblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri ilə görüşüblər
# 10 aprel 2007 11:27 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri dünən Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən əsgəri Samir Məmmədovla görüşüblər. Bu barədə APA-ya əsir əsgərin əmisi Vidadi Məmmədov bildirib. Onun sözlərinə görə, BQXK-nın nümayəndələri valideynlərinin Samirə ötən həftə yazdıqları məktubu da çatdırıblar: “BQXK-nın nümayəndələri mənə dedilər ki, Samir martın 21-də olan görüşdə olduğu kimi, bu dəfə də valideynlərinə məktub yazmayıb. Bu isə bizi çox narahat edir”. Xatırladaq ki, S. Məmmədov ötən il dekabrın 24-də əsir götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR