Bank Of Baku

Azərbaycan Suriya və Livanla əməkdaşlığa dair 4 saziş imzalayacaq

Azərbaycan Suriya və Livanla əməkdaşlığa dair 4 saziş imzalayacaq
# 10 aprel 2007 11:49 (UTC +04:00)
Səfərdə naziri müşayiət edən Azərbaycanın Livanda fəxri konsulu Nazix Qassubun APA-ya verdiyi məlumata görə, bu gün nazir İordaniyanın media nümayəndələri ilə görüşəcək, iqtisadi strukturları və biznes dairələrində müzakirələr aparacaq, İordaniyanın mədəni-tarixi abidələri ilə tanış olacaq. Elmar Məmmədyarovun bu gün İordaniyanı tərk edərək Suriyaya getməsi nəzərdə tutulur. Sabah XİN başçısının Suriyada rəsmi görüşlər keçirməsi gözlənilir. Elmar Məmmədyarov Suriya prezidenti Bəşər Əsəd, parlamentin rəhbəri Mahmud əl-Abraşem, xarici işlər naziri Faruk Şaara, Suriya şəhərlərinin ticarət-sənaye palatalarının rəhbərləri ilə görüşəcək. Müzakirələr zamanı Azərbaycanın Suriyada səfirliyinin açılması məsələsinə də toxunulacağı nəzərdə tutulub. Elmar Məmmədyarov aprelin 12-13-də Livana səfər edəcək. XİN başçısı Livan və Suriyada müxtəlif sahələrdə əməkdaşlığa dair 4 saziş imzalayacaq. Nazix Qassub bu sazişlərin əsasən iqtisadi sahələri əhatə etdiyini deyib. Elmar Məmmədyarovun Yaxın Şərq ölkələrinə səfəri aprelin 13-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR