Bank Of Baku

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP qurultayın vaxtını mayın əvvəlində dəqiqləşdirəcək

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP qurultayın vaxtını mayın əvvəlində dəqiqləşdirəcək
# 10 aprel 2007 12:06 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Bu barədə APA-ya Təşkilat Komitəsinin mətbuat xidmətindən məlumat daxil olub. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın qurultaya hazırlığı və ADP adı ətrafında gedən proseslər müzakirə edilib. Təşkilati məsələlərin müzakirəsi zamanı artıq ADP-nin 18 rayon təşkilatında qurultaya hazırlıq məqsədi ilə konfransların keçirildiyi və qurultay nümayəndələrinin seçildiyi bildirilib. Konfranslar aprelin sonuna kimi davam edəcək və mayın ilk günlərində qurultayın vaxtı müəyyənləşəcək. İclasda konfrans keçirməyən rayon təşkilatlarına Təşkilat Komitəsi tərəfindən konkret tapşırıqların verilməsi qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR