Bank Of Baku

Andres Herkel: “Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı hazırladığımız məruzəyə dəyişiklik edilə bilər”

Andres Herkel: “Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı hazırladığımız məruzəyə dəyişiklik edilə bilər”
# 10 aprel 2007 12:27 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında A. Herkel məlumat verib. A. Herkelin sözlərinə görə, dəyişikliklərin aprelin 16-da başlayacaq sessiyası çərçivəsində Monitorinq Komitəsinin iclasında edilə biləcək təkliflər əsasında edilməsi mümkündür. Bununla belə, həmməruzəçi dəyişiklərin geniş və əsaslı olacağına inanmır: “Məruzəyə dəyişiklik edilməsi təşəbbüsü ilə AŞPA-nın istənilən üzvü çıxış edə bilər. Ancaq dəyişikliklər aparılsa belə, bunun geniş və əsaslı olacağını güman etmirəm”.
Qeyd edək ki, Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələsi sessiyanın ilk günü müzakirə olunacaq. Assambleyanın iclasından öncə isə məruzə Monitorinq Komitəsində müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR