Bank Of Baku

“Azadlıq” bloku AŞPA-nın sessiyasından sonra kütləvi aksiyalara başlamaq niyyətindədir

“Azadlıq” bloku AŞPA-nın sessiyasından sonra kütləvi aksiyalara başlamaq niyyətindədir
# 10 aprel 2007 12:28 (UTC +04:00)
“Azadlıq” bloku Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasından sonra kütləvi aksiyalarla bağlı müzakirələrə başlayacaq. Bu barədə APA-ya blokun üzvü olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda blokun Sədrlər Şurasının iclaslarında yalnız AŞPA-nın iclasına hazırlıq və bu ərəfədə atılacaq addımlarla bağlı müzakirələr aparılır. “Azadlıq” blokunun kütləvi aksiyalara hər zaman üstünlük verdiyini bildirən Ə. Əliyev blokun 2007-ci ilin fəaliyyət proqramında da mitinqlərin əsas yerlərdən birini tutduğunu qeyd edib: “Blokun Sədrlər Şurası enerji daşıyıcılarının qiymətlərinin qalxmasına etiraz olaraq kütləvi aksiyalar keçirməklə bağlı qərar qəbul edib və qərar hələ də qüvvədədir. Biz aksiyaları AŞPA-nın sessiyasından sonra başlamaq niyyətindəyik. Lakin biz istənilən halda bu aksiyaları şəhərin mərkəzindən kənarda keçirmək fikrində deyilik. Sərbəst toplaşmaq azadlığının tələblərinə uyğun olaraq aksiyaları yenə də şəhərin mərkəzinə təyin edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR