Bank Of Baku

Sərdar Cəlaloğlunun Səbayel Rayon Məhkəməsinə müraciəti Apellyasiya Məhkəməsinə göndərilib

Sərdar Cəlaloğlunun Səbayel Rayon Məhkəməsinə müraciəti Apellyasiya Məhkəməsinə göndərilib
# 10 aprel 2007 12:28 (UTC +04:00)
ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlunun Rəsul Quliyevin tərəfdarları ilə bağlı Səbayel Rayon Məhkəməsinə etdiyi müraciət hakim tərəfindən Apellyasiya Məhkəməsinə göndərilib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Taliyət Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin müraciət bir dəfə hakim tərəfindən geri qaytarılsa da, S. Cəlaloğlu yenidən məhkəməyə müraciət etmişdi: “Məhkəmədən bildirdilər ki, Azərbaycan məhkəmə təcrübəsində bu tipli məsələ ilə bağlı birinci dəfədir müraciət olunur. Ona görə də bunun məhkəmə predmeti olub-olmamasını aydınlaşdırmaq üçün Apellyasiya Məhkəməsinə müraciət olunub. Apellyasiya Məhkəməsinin qərarından sonra Səbayel məhkəməsi bu məsələyə baxacaq”. T. Əliyevin sözlərinə görə, istənilən halda bu məsələ məhkəmədə həll olunmalıdır: “Çünki partiyaya aidiyyəti olmayan bir qrup şəxs ADP-nin adından istifadə edərək öz məqsədlərini həyata keçirir. Faktiki olaraq isə ADP-nin bütün hüquqi sənədləri, möhürü, üzvlərinin böyük əksəriyyəti və səlahiyyətli qurumları Sərdar Cəlaloğlunun yanındadır. Ona görə də bu məsələ ilə bağlı məhkəmənin qərar qəbul etməsinə ehtiyac var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR