Bank Of Baku

Əhəd Abıyev parlamentdə brifinq keçirib

Əhəd Abıyev parlamentdə brifinq keçirib
# 10 aprel 2007 12:34 (UTC +04:00)
Millət vəkili Əhəd Abıyev bu gün parlamentdə brifinq keçirib. APA-nın məlumatına görə, deputat dünən Azərbaycan prezidenti İlham Əliyevi Masallıya səfəri zamanı müşayiət etdiyini, dövlət başçısının cənub bölgəsinə səfərinin nəticələrini yüksək qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, prezidentin bu səfərindən xüsusilə rayon gəncləri razı qalıblar. Ə. Abıyev Masallıda yeni istifadəyə verilən Olimpiya İdman Kompleksində Azərbaycanda keçirilən beynəlxalq səviyyəli yarışların da təşkil olunacağını bildirib. Deputat dövlət başçısının səfərindən sonra rayon ictimaiyyəti ilə görüşdüyünü deyib: “Bizim rayonun insanları bu səfəri yüksək qiymətləndirirlər. Onlar rayonda inşa edilən Olimpiya Kompleksinin Masallı gənclərinin həyatında hadisəyə çevriləcəyinə inanırlar”. Ə.Abıyev son illər ərzində Masallıda görülən digər işlərdən də danışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR