Bank Of Baku

Azərbaycan Ziyalı Hərəkatı müxalifət partiyalarına müraciət edib

Azərbaycan Ziyalı Hərəkatı müxalifət partiyalarına müraciət edib
# 10 aprel 2007 14:27 (UTC +04:00)
Azərbaycan Ziyalı Hərəkatı (AZH) müxalifət düşərgəsində fəaliyyət göstərən siyasi partiyalara və ictimai təşkilatlara müraciət edib. Bu barədə APA-ya hərəkatın sədri Eldəniz Quliyev məlumat verib. Hərəkat sədri bildirib ki, müraciətdə müxalifət düşərgəsində fəaliyyət göstərən qurumların birləşməsi, Azərbaycanda demokratiya uğrunda birgə mübarizə aparması təklif olunur. E. Quliyev öz müraciətində konkret təkliflər də irəli sürüb. Müxalifətin bir ittifaqda birləşməsini vacib sayan hərəkat sədri siyasi qüvvələrin Azərbaycan Demokratik Koalisiya Mərkəzi adı altında fəaliyyət göstərməsini vacib hesab edib. E. Quliyev bildirib ki, müraciət bu gün ayrı-ayrı partiyaların rəhbərlərinə təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR