Bank Of Baku

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin qurultayı açıq havada keçirilə bilər

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin qurultayı açıq havada keçirilə bilər
# 11 aprel 2007 08:50 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) qurultay keçirməsi üçün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Rəsulzadə qəsəbəsində yerləşən Neftçilərin Mədəniyyət Sarayını ayırsa da, Saray rəhbərliyi binada qurultay keçirilməsinə razılıq verməyib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, şəhər rəhbərliyinin cavabından sonra Təşkilat Komitəsinin üzvləri yerin icarə məsələləri və digər təşkilati işləri həyata keçirmək üçün Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin tabeçiliyində olan Sarayın rəhbərliyi ilə görüşüblər. Amma Saray rəhbərliyi binanın qəza vəziyyətində olduğunu, zalın bərbadlığını əsas gətirərək, burada heç bir halda qurultay keçirməyin mümkün olmadığını deyib. A. Şahbazovun sözlərinə görə, bundan sonra dəfələrlə BŞİH-nə müraciət edilsə də, alternativ yer ayrılmayıb. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə də müraciət etdiklərini bildirən A. Şahbazovun sözlərinə görə, nazirlikdən bütün teatrların binalarının təmirə dayandırıldığı bildirilib. Buna baxmayaraq, A. Şahbazov istənilən halda, qurultayın keçiriləcəyini deyib. Tədbirin təxirə salınmasının mümkünsüz olduğunu bildirən sədr müavini qurultayın açıq havada və şadlıq evlərinin birində keçirilməsini də istisna etməyib. A. Şahbazov aprelin 14-nə təyin olunmuş qurultayın yeri ilə bağlı son qərarın sabah veriləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR