Bank Of Baku

VİP yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək

VİP yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək
# 11 aprel 2007 09:43 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) qeydiyyat probleminin həll olunması üçün bu günlərdə yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək. Bu barədə APA-ya partiyanın sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, qeydiyyatla bağlı nazirliyə bir neçə dəfə rəsmi müraciət edilsə də, bu vaxta qədər onlara heç bir cavab verilməyib. Partiyanın dövlət qeydiyyatına alınmamasının səbəblərinin açıqlanmadığını deyən Ə. Əliyev hesab edir ki, nazirlik bu qeyri-müəyyənliyə aydınlıq gətirməlidir. Müraciətdə bir daha qeydiyyatla bağlı problemlərin həlli xahiş olunacaq. Ə. Əliyev problemin həlli üçün beynəlxalq səviyyədə iş aparacaqlarını da deyib. O, Avropa Şurası Parlament Assambleyasının növbəti iclasında iştirak edəcək müxalifət liderlərinin və hüquq müdafiəçilərinin bu məsələni qaldıracaqlarını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR