Bank Of Baku

Azərbaycan-Vyetnam Dostluq Cəmiyyəti yaradılacaq

Azərbaycan-Vyetnam Dostluq Cəmiyyəti yaradılacaq
# 11 aprel 2007 10:57 (UTC +04:00)
Bakıda səfərdə olan Vyetnam Xarici İşlər Nazirliyinin birinci Avropa Departamentinin rəhbəri Von Txua Tsonq Azərbaycan-Vyetnam Dostluq Cəmiyyətinin qurulmasını təklif edib. APA-nın xəbərinə görə, Neft Akademiyasında çıxış edən diplomat ölkəsində Azərbaycanın çoxlu dostları olduğunu bildirib. O, həmin şəxslər sırasında Azərbaycanda təhsil almış ədliyyə naziri Vonq Çi Lıu, həmçinin ölkənin iri neft şirkətlərinin rəhbərlərinin adlarını çəkib. Von Txua Tsonq qeyd edib ki, “PetroVietnam” neft şirkəti vyetnamlı tələbələri Azərbaycanda təhsil almağa göndərmək istəyir. Bu məsələ səfər başa çatdıqdan sonra müzakirə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR