Bank Of Baku

ADP KXCP-nin təşəbbüsü ilə yaradılan yeni ittifaqın perspektivinə inanmır

ADP KXCP-nin təşəbbüsü ilə yaradılan yeni ittifaqın perspektivinə inanmır
# 11 aprel 2007 11:02 (UTC +04:00)
“Müxalifət partiyaları arasında yaradılan koalisiyalar yalnız cəmiyyətə ciddi təsiri olan partiyaların iştirakı ilə təşkil olunmalıdır. Ona görə də KXCP-nin təşəbbüsü ilə yaradılan yeni ittifaqın ciddi rol oynayacağını düşünmürük”. Bu sözləri APA-ya açıqlamasında Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmov bildirib. KXCP sədri Mirmahmud Mirəlioğlunun bu ittifaqda iştirak etmək üçün ADP-yə də müraciət etdiyini deyən H. Rüstəmov bunun müzakirə edildiyini bildirib: “Həmin müraciətdə yeni ideya və ittifaqın konkret məqsədləri yoxdur. İndiyə kimi konkret məqsədlər ətrafında yaradılmayan birliklərin taleyinin necə olduğu hamıya bəllidir. Amma hər hansı seçkilərlə bağlı yaradılan birliklər həmişə ciddi nailiyyətlər əldə edə bilib. Ona görə də biz hesab edirik ki, yeni birlik ciddi nailiyyətlərə nail ola bilməyəcək”. H. Rüstəmov hesab edir ki, koalisiyanın cəmiyyətə ciddi təsiri olan qüvvələrin arasında formalaşması hamı üçün faydalı olar. O, partiyaların təsir ölçüləri kimi son seçkilərdə topladıqları səslərin əsas götürülməsini təklif edir: “Digər tərəfdən, bizim fikrimizcə, bu gün konkret məqsəd kimi 2008-ci ildə keçiriləcək prezident seçkilərində vahid namizədin müəyyənləşməsi götürülməlidir. Bu məqsədlə hər hansı koalisiya formalaşarsa, ADP həmin prosesdə iştirak edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR