Bank Of Baku

Rəsul Quliyev: “Prezident seçkilərində iştirak edəcəyim heç bir şübhə doğurmamalıdır”

Rəsul Quliyev: “Prezident seçkilərində iştirak edəcəyim heç bir şübhə doğurmamalıdır”
# 11 aprel 2007 13:21 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında ADP-nin bir hissəsinə rəhbərlik edən Rəsul Quliyev deyib. Azərbaycanda gedən prosesləri sadəcə seyr etməyəcəyini deyən R. Quliyev fəaliyyətini daha da aktivləşdirəcəyini vurğulayıb. Tərəfdarlarının aprelin 14-də keçirəcək qurultayında partiyanın adına dəyişiklik edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandıran partiya sədri bunun o qədər də aktual olmadığını bildirib. Bununla belə, o, qurultay nümayəndələrinin belə bir qərar qəbul edə biləcəyini istisna etməyib. ADP-nin digər hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu ilə yenidən birgə fəaliyyət göstərməyin mümkünlüyünə gəlincə, R. Quliyev “Mən siyasətdə ancaq partiyalarla əməkdaşlığa üstünlük verirəm”, söyləyib.
2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi və namizədliyi ətrafında blok yaradacağı ilə bağlı sualı cavablandıran R. Quliyev seçkilərin azad və ədalətli keçirilməsinin vacib olduğunu qeyd edib: “Demokratiyanın əsas tərkib hissələrindən biri seçkilərin azad və ədalətli keçirilməsidir və biz buna nail ola biləcəyik. Bu halda mənim prezident seçkilərində iştirak edəcəyim heç bir şübhə doğurmamalıdır. Blok ancaq bizim siyasi, iqtisadi problemlərin həlli və torpaqların azad olunması ideyalarımıza şərik olanlarla yarana bilər, hakimiyyətə gəlmək xatirinə vəzifə bölmək prinsipi ilə yox. Ümumiyyətlə, müxtəlif fikirli adamların vəzifə bölgüsü aparmaqla, hakimiyyətə gəlmək cəhdlərini etikadan kənar hesab edirəm. Prezidentli ölkələrdə bu, ümumiyyətlə, gülüncdür, çünki prezident icra strukturunda hər şeyə, o cümlədən də kadr təyinatına məsul olan yeganə şəxsdir. Buna görə də ola bilməz ki, başqa bir partiyadan olanı, məsələn, xarici işlər naziri təyin edəsən, sonra da deyəsən ki, üzr istəyirəm, mən sizə söz vermişdim ki, Dağlıq Qarabağ problemini həll edəcəyəm, alınmır, çünki nazir başqa partiyadandır, onlar da qərar qəbul ediblər ki, sülh danışıqları aparılmasın”.
R. Quliyev Azərbaycanın mövcud problemləri ilə bağlı Milli Forumun keçirilməsini ən aktual və ən vacib məsələ hesab etdiyini bildirib: “Bu Azərbaycanın taleyüklü məsələsidir, ona görə də forum hökmən keçirilməlidir. Kimlərsə o forumda iştirak etməyəcəklərsə, bu onların problemidir. Mən düşünmürəm ki, bu dəqiqə Azərbaycanda elə güclü partiya və ya partiyalar var ki, onların iştirakı olmadan forum keçirmək mümkün olmasın. Bundan başqa, biz partiya və bloklarla ikitərəfli sazişlər də imzalayacağıq. Hər bir partiya lideri şəxsi ambisiyasını millətin naminə qurban verib birləşməyə cəhd etməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR