Bank Of Baku

Elmar Məmmədyarov Suriyanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Suriyanın xarici işlər naziri ilə görüşüb
# 11 aprel 2007 13:24 (UTC +04:00)
Bu barədə APA-ya XİN başçısının səfərdə müşayiət edən Azərbaycanın Livanda fəxri konsulu Nazix Qassub məlumat verib. Onun sözlərinə görə, görüş zamanı nazirlər regional əməkdaşlıq, ikitərəfli əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu, Azərbaycanın Suriyada səfirliyinin açılması və s. məsələləri müzakirə ediblər. Qeyd edək ki, Elmar Məmmədyarovun səfər proqramına Suriya prezidenti Bəşər Əsəd, parlamentin rəhbəri Mahmud əl-Abraşem, xarici işlər naziri Faruk Şaara, Suriya şəhərlərinin ticarət-sənaye palatalarının rəhbərləri ilə görüşlər daxildir. Suriyaya səfərini sabah başa vuracaq Elmar Məmmədyarov aprelin 12-13-də Livana səfər edəcək. XİN başçısı Livan və Suriyada müxtəlif sahələrdə əməkdaşlığa dair 4 saziş imzalayacaq. Nazix Qassub bu sazişlərin əsasən iqtisadi sahələri əhatə etdiyini deyib. Elmar Məmmədyarovun Yaxın Şərq ölkələrinə səfəri aprelin 13-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR