Bank Of Baku

Milli Məclis payız sessiyasına qədər amnistiya aktı qəbul edə bilər

Milli Məclis payız sessiyasına qədər amnistiya aktı qəbul edə bilər
# 11 aprel 2007 13:30 (UTC +04:00)
Bu barədə APA-ya qrupun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib. Onun sözlərinə görə, Milli Məclisinin binasında baş tutan görüşdə Prezident Aparatının hüquq şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak edib. Hüquq müdafiəçiləri rəsmi strukturların nümayəndələri qarşısında xəstə məhbusların azadlığa buraxılması, mühacirətdə olan bir sıra şəxslərin vətənə qayıtmasına imkan yaradılması, amnistiya aktının imzalanması, ömürlük məhbusların cəzalarının 15 illik həbslə əvəzlənməsi, növbəti əfv fərmanının verilməsinin vacibliyi barədə məsələ qaldırıblar: “İşçi Qrupunun üzvü, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bildirdi ki, hazırda amnistiya aktı layihəsi üzərində iş gedir. O baxımdan biz güman edirik ki, qısa müddətdə olmasa da, payıza qədər amnistiya elan oluna bilər”. Hüquq müdafiəçiləri amnistiya elan olunana qədər ölkə başçısının növbəti əfv fərmanı imzalaması təşəbbüsü ilə çıxış ediblər. Ç. Qənizadə bildirib ki, iyuna qədər növbəti əfv fərmanının imzalanması gözləniləndir. Hüquq müdafiəçisi İşçi Qrupun görüşünü səmərəli saydıqlarını və bu formatda fəaliyyəti davam etdirəcəklərini nəzərə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR