Bank Of Baku

Aprelin 13-də Klassik Xalq Cəbhəsi, Milli Demokrat və Azadlıq partiyaları arasında əməkdaşlıq sazişi imzalanacaq

Aprelin 13-də Klassik Xalq Cəbhəsi, Milli Demokrat və Azadlıq partiyaları arasında əməkdaşlıq sazişi imzalanacaq
# 11 aprel 2007 14:34 (UTC +04:00)
Aprelin 13-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşəbbüsü ilə bir neçə müxalifət partiyası arasında aparılan danışıqların yekun müzakirəsi keçiriləcək. KXCP-dəki mənbədən APA-ya verilən məlumata görə, müzakirələrdən sonra KXCP, Azərbaycan Milli Demokrat Partiyası (AMDP) və Azadlıq Partiyası arasında əməkdaşlığa dair saziş imzalanacaq. Müzakirələrə əlavə partiyaların dəvət ediləcəyi də istisna edilməyib.
KXCP sədri Mirmahmud Mirəlioğlu informasiyanı nə təsdiq, nə də təkzib etməyərək bildirib ki, bəzi müxalifət partiyaları arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir və yaxın günlərdə əməkdaşlığa dair saziş imzalanacaq. M. Mirəlioğlu partiyaların adını çəkməkdən imtina edib. Azadlıq Partiyasının sədri Əhməd Oruc isə APA-ya açıqlamasında yekun müzakirələrə qatılacağını deyib: “Əgər yekun müzakirədə tam razılığa gəlinsə, əməkdaşlığa dair sazişi imzalayacağam”. APA-ya açıqlamasında AMDP sədri İsgəndər Həmidov da məlumatı təsdiqləyib: “Həftənin sonu yekun müzakirə keçiriləcək və saziş imzalanacaq. Birgə fəaliyyət istiqamətlərimiz isə sonra müəyyənləşdiriləcək. Amma bunun müxalifətin yeni güc mərkəzi adlandırılması ilə razı deyiləm. Çünki bu fikir anlaşılmazlıq yaradır”.
Xatırladaq ki, 2007-ci ilin əvvəlində KXCP müxalifətin yeni birliyinin yaradılması ilə bağlı 14 partiyaya müraciət edib və aparılan danışıqlar nəticəsində bu qurumlar bəziləri arasında müəyyən razılaşmalar əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR