Bank Of Baku

Liberal Partiyasının rəhbərliyi müşavirə keçirib

Liberal Partiyasının rəhbərliyi müşavirə keçirib
# 11 aprel 2007 14:42 (UTC +04:00)
Azərbaycan Liberal Partiyasının (ALP) rəhbərliyi rayon təşkilatlarının iştirakı ilə bu gün müşavirə keçirib. Bu barədə APA-ya ALP-nin mətbuat xidmətindən məlumat daxil olub. Müşavirədə partiyanın növbəti qurultayına hazırlıqların başlandığı və rayon təşkilatlarında konfransların start götürdüyü bildirilib. Toplantı iştirakçıları qurultay hazırlıqları ilə bağlı işlərin daha da intensivləşdirilməsini qərara alıblar. Hazırlıqların iyuna kimi başa çatdırılması və iyunda qurultayın keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, ALP keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəmədə son sözlə çıxışı zamanı 2003-cü il prezident seçkiləri ilə bağlı səsləndirdiyi fikirlərin araşdırılması ilə bağlı bəyanatla çıxış edib. Keçmiş nazirin fikirlərində ağır cinayətin törədilməsi ilə bağlı əsasların olduğunu bildirən ALP məsələ ilə əlaqədar Respublika Prokurorluğunda cinayət işinin qaldırılması, səslənmiş fikirlərin istintaq tərəfindən araşdırılmasını və bununla bağlı parlamentdə xüsusi dinləmələrin keçirilməsini tələb edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR