Bank Of Baku

Müsavat Partiyası aprelin 29-na təyin etdiyi mitinq-yürüşdə iştirak üçün siyasi partiyalara müraciət edəcək

Müsavat Partiyası aprelin 29-na təyin etdiyi mitinq-yürüşdə iştirak üçün siyasi partiyalara müraciət edəcək
# 11 aprel 2007 14:43 (UTC +04:00)
Müsavat Partiyası aprelin 29-na təyin etdiyi yürüş-mitinqdə iştirak etmək üçün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara müraciət edəcək. Bu barədə APA-ya partiya başqanının müavini Mehman Cavadoğlu məlumat verib. Onun sözlərinə görə, bu müraciət konkret ünvanlı olmayacaq: “Biz ümumi olaraq bütün partiyalara aksiyada iştirak etmək üçün müraciət edəcəyik”. Ötən aksiyalarda da anoloji müraciətlərin edildiyini xatırladan M. Cavadoğlu bu müraciətlərin müsbət nəticəsinin olduğunu qeyd edib: “Müraciətlərdən sonra bir sıra partiyalar aksiyada iştirak etdilər. Artıq AMİP də növbəti aksiyada iştirak etmək qərarı verib. Müraciətlərin nəticəsi olaraq aksiyada iştirak edən siyasi partiyaların sayı get-gedə artır”. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov isə APA-ya açıqlamasında istənilən halda şəhərin mərkəzindən kənarda təyin olunmuş aksiyalara qatılmayacaqlarını qeyd edib: “Bizim fikrimizdə heç bir dəyişiklik yoxdur. Aksiyada iştirak üçün müraciət olunacağı halda bunu qəbul etməyəcəyik. Biz hesab edirik ki, bu şəraitdə bizim Müsavatla birgə aksiyalar təşkil etməyimiz mümkün deyil. Çünki bizim kütləvi aksiyalarla bağlı taktikalarımızda kifayət qədər üst-üst düşməyən məqamlar var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR