Bank Of Baku

YAP Əli İnsanovu saxtakarlıqda və partiyaya böhtan atmaqda ittiham edib

YAP Əli İnsanovu saxtakarlıqda və partiyaya böhtan atmaqda ittiham edib
# 11 aprel 2007 15:20 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə vəzifə səlahiyyətlərindən sui istifadə, rüşvət alma, dövlət əmlakını mənimsəmə maddələri ilə ittiham olunan sabiq səhiyyə naziri Əli İnsanovun son sözü zamanı səsləndirdiyi ifadələrlə bağlı bu gün Yeni Azərbaycan Partiyası (YAP) bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda keçmiş nazirin partiya və iqtidarın siyasəti əleyhinə növbəti dəfə böhtan söylədiyi bildirilib. YAP Ə. İnsanovun çıxışını ittihamlardan yayınmaq, məhkəmə prosesini siyasiləşdirmək kimi qiymətləndirib: “Vaxtilə təmsil olunduğu hakimiyyət haqqında müttəhimlər kürsüsündə əyləşdikdən sonra böhtan və qərəz əsasında fikirlər səsləndirməklə o, əslində özünün əxlaqi və mənəvi keyfiyyətlərini, həqiqi simasını nümayiş etdirmiş olur. 2003-cü ilin avqustunda İlham Əliyevin baş naziri təyin edilməsini, sonra isə ölkə prezidenti seçilməsini vaxtilə alqışlayan Əli İnsanovun indi məhkəmədə həqiqətdən uzaq və qərəzli bəyanatlar səsləndirməsi siyasi riyakarlıqdan başqa bir şey deyil”. Bəyanatda 2003-cü il seçkilərindən sonra Ə. İnsanovun yenidən nazir təyin edildiyi və 2005-ci ildə həbs olunanadək bu vəzifəni tutduğunu xatırladılıb: “YAP Əli İnsanovun 2003-cü il prezident seçkilərinin maliyyələşdirilməsi barədə məhkəmədə söylədiklərinin də həqiqətə uyğun olmadığını bəyan edir və bildirir ki, seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilər, o cümlədən MSK YAP-ın seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı hər hansı nöqsan aşkarlamayıb. YAP müttəhim Əli İnsanovun bütün böhtan və yalanlarını qətiyyətlə rədd edir və pisləyir”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR