Bank Of Baku

Hacıağa Nurinin əleyhinə açıqlama verən islamçılar barədə heç bir sərt tədbir görülməyəcək

Hacıağa Nurinin əleyhinə açıqlama verən islamçılar barədə heç bir sərt tədbir görülməyəcək
# 11 aprel 2007 15:37 (UTC +04:00)
“Azərbaycan İslam Partiyasının sədri Hacıağa Nurinin əleyhinə açıqlama verən partiya üzvləri barəsində heç bir sərt tədbir görülməyəcək”. Bu sözləri APA-ya Azərbaycan İslam Partiyasının (AİP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Fəyyaz Nəbizadə deyib. F. Nəbizadə H. Nurinin fəaliyyətindən narazı olan partiyanın bir neçə rayon təşkilatı sədrinin AİP-in nizamnaməsinin əleyhinə heç bir fikir söyləmədiyini də bildirib: “İslam Partiyasında bu tip çıxışlara görə heç bir üzv cəzalandırılmır. Bu şəxslər də partiyaya, qarşı heç bir düşmənçilik etməyiblər. Sadəcə, onlar Hacıağa Nuriyə qurultayda səs vermədiklərini və onun fəaliyyətindən narazı olduqlarını deyiblər. Bu mənada onların nə partiyadan, nə də tutduqları vəzifədən çıxarılması düzgün deyil. Çünki İslam Partiyasında heç bir müsəlmanın haqqını almaq olmaz və hesab edirəm ki, qalan digər məsələlər də qurultayda müzakirə ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR