Bank Of Baku

Elmar Məmmədyarov Suriya Ticarət Palatasının rəhbərliyi ilə görüşüb

Elmar Məmmədyarov Suriya Ticarət Palatasının rəhbərliyi ilə görüşüb
# 11 aprel 2007 15:57 (UTC +04:00)
Suriyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkə Ticarət Palatasının rəhbərliyi ilə görüşüb. Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassubun APA-ya verdiyi məlumata görə, nazir və palata nümayəndələri sıx əməkdaşlıq haqqında razılığa gəliblər. Belə ki, Suriyanın bir neçə təşkilatı Azərbaycanda öz nümayəndəliyini açmaq və məhsullarını Azərbaycan bazarında reallaşdırmaq niyyətindədir. N. Qassubun sözlərinə görə, iki ölkə arasında nəqliyyat və rabitə sahəsində razılaşmanın imzalanacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR