Bank Of Baku

Nino Burcanadze: “David Qareci monastırı ilə bağlı əsassız bəyanatlar Azərbaycan-Gürcüstan münasibətlərinə kölgə sala bilər”

Nino Burcanadze: “David Qareci monastırı ilə bağlı əsassız bəyanatlar Azərbaycan-Gürcüstan münasibətlərinə kölgə sala bilər”
# 11 aprel 2007 16:09 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, David Bakradze bildirib ki, hazırda Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi gedir və bu kontekstdə David Qareci monastırı ilə bağlı səslənən hər hansı məsuliyyətsiz bəyanat siyasi spekulyasiyadır. “Heç kəs Gürcüstan torpağının bir qarışını da kiməsə vermək istəmir və məsələ bu şəkildə deyil. Sərhədlərin delimitasiya və demarkasiyası prosesi gedir və əvvəlki hökumətlərdən fərqli olaraq indiki hökumət sərhədlərin 60 faizini razılaşdırmağa nail olub”. David Bakradze bildirib ki, David Qareci monastırı ilə bağlı istənilən məsuliyyətsiz bəyanat Azərbaycanla Gürcüstan arasında dost münasibətlərinə xələl gətirə bilər: “Azərbaycan bizim strateji tərəfdaşımız və dostumuzdur. Bu ölkə ilə münasibətlər bizim üçün son dərəcə qiymətlidir. Təkcə Azərbaycanın ölkəmizə mavi yanacaq verilməsi barədə mövqeyini xatırlatmaq kifayətdir”. Parlamentin iclasında çıxış edən spiker Nino Burcanadze də həmkarlarını şayiələrə və Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan qüvvələrin təxribatlarına uymamağa çağırıb: “Bu tip bəyanatlar Gürcüstanın Azərbaycan kimi strateji müttəfiqi ilə münasibətlərinə kölgə sala bilər. Hazırda iki ölkə arasında sərhədin 35 faizi, o cümlədən David Qareci monastırının yerləşdiyi ərazi razılaşdırılmayıb. Qareci düzənliyində yerləşən bu mağara monastırları kompleksi Gürcüstanın əsas mədəni və dini abidələrindən sayılır. Müxalifət, o cümlədən Mühafizəkar Partiyası David Qareci monastırı məsələsində hakimiyyətin mövqeyinin yumşaldığını bildirir. Bu cür bəyanatlar yolverilməzdir. Hakimiyyət delimitasiya ilə bağlı rəsmi danışıqların mahiyyətini açıqlamağa hazırdır. Azərbaycan bizim strateji müttəfiqimizdir, strateji müttəfiqlik isə tarixə və gələcək maraqlara hörmətlə yanaşmaq deməkdir. Azərbaycan tərəfi bizimlə münasibətləri bu prinsiplər əsasında qurur. Buna görə də sizə məsləhət görürəm ki, real əsası olmayan bəyanatlarla çıxış etməyəsiniz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR