Bank Of Baku

Azərbaycanın ABŞ-dakı səfirliyi Şuşanın baş planını hazırlayan şirkət haqqında əldə etdiyi məlumatları XİN-ə göndərib

Azərbaycanın ABŞ-dakı səfirliyi Şuşanın baş planını hazırlayan şirkət haqqında əldə etdiyi məlumatları XİN-ə göndərib
# 11 aprel 2007 16:28 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Öz növbəsində XİN-in mətbuat katibi Xəzər İbrahim həmin şirkətin həqiqətən də Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərib-göstərmədiyini araşdıracaqlarını bildirib: “Əgər doğrudan da belədirsə, biz müvafiq məlumatları ABŞ-ın dövlət strukturlarına, o cümlədən Dövlət Departamentinə göndərəcəyik. Həmin şirkətdən isə Dağlıq Qarabağ ərazisindəki fəaliyyətini dayandırmasını tələb edəcəyik. Beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olan bu fəaliyyət ona gətirib çıxara bilər ki, həmin şirkətin Azərbaycana yolu tamamilə qapana bilər. Bu da alınmasa, biz ABŞ-ın dövlət strukturları vasitəsilə onlara təsir göstərməyə çalışacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR