Bank Of Baku

Azərbaycanda həbs olunan GAMOH fəalı bu gün səhər İrana təhvil verilib

Azərbaycanda həbs olunan GAMOH fəalı bu gün səhər İrana təhvil verilib
# 12 aprel 2007 08:12 (UTC +04:00)
Bu barədə APA-ya saxlanılan şəxsin nümayəndəsi Əlövsət Əliyev məlumat verib. O, iranlı mühacirin Tehrana deportasiya olunmasının Azərbaycanın nüfuzuna xələl gətirəcəyini bildirib: “Saxlandığı müddət ərzində Hadi Musəviyə imkan vermədilər ki, apellyasiya şikayətinə imza atsın. Onun İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmək üçün sənədləri hazırdır. Nəzərə alınmalıdır ki, İranda Hadi Musəvini bu ölkənin əleyhinə etdiyi çıxışlara görə ağır cəza gözləyir”. Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Xidmətinin növbətçi hissəsindən APA-ya bildirilib ki, H. Musəvi bu gün səhər saatlarında ölkədən deportasiya olunub. Onun hansı ölkəyə deportasiya edilməsi barədə isə məlumat verilməyib. Xatırladaq ki, 1981-ci ildə İranın Kəleybər şəhərində doğulan H. Musəvi 2004-cü ilin iyulunda Bəzz qalasına yürüşdə iştirakına görə rəsmi Tehran tərəfindən həbs edilib və işgəncələrə məruz qalıb. Bu səbəbdən ölkəni tərk edən Hadi Musəvi 2006-cı ilin yanvarında İrandan Bakıya gəlib. Həmin ilin fevralında qaçqın statusu almaq üçün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etsə də, onun müraciətinə rədd cavabı verilib. Hadi Musəvi həmin qərardan Yasamal rayon məhkəməsinə şikayət edib, lakin iddia təmin olunmayıb. Hadi Musəvi aprelin 7-də Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən kirayə qaldığı evdə saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR