Bank Of Baku

Nazim İbrahimov İsrail prezidentinin səlahiyyətlərinin icraçısı ilə görüşüb

Nazim İbrahimov İsrail prezidentinin səlahiyyətlərinin icraçısı ilə görüşüb
# 12 aprel 2007 08:34 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı müzakirə olunub. Xanım D. İsiq ölkəsinin Azərbaycandan neft və qaz almaqda maraqlı olduğunu bildirib. Qeyd edək ki, İsrailin illik neft tələbatı 12 milyon ton təşkil edir, bunun 2 milyonu Azərbaycan neftinin hesabına ödənilir. N. İbrahimov daha sonra baş nazirin müavini, “Bizim evimiz - İsrail” Partiyasının lideri Aviqdor Libermanla görüşüb. Tərəflər həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda yaranmış vəziyyəti, hər iki regionda sülh və sabitliyin əldə olunması məsələlərini müzakirə ediblər. N. İbrahimov Yerusəlimdə Holokost (yəhudi soyqırımı) qurbanlarının xatirəsini yad etmək məqsədilə yaradılmış Yad Vaşem memorial kompleksini də ziyarət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR