Bank Of Baku

Quba qəzasında ermənilərin soyqırımına məruz qalan yəhudilərin xatirəsi əbədiləşdiriləcək

Quba qəzasında ermənilərin soyqırımına məruz qalan yəhudilərin xatirəsi əbədiləşdiriləcək
# 12 aprel 2007 09:10 (UTC +04:00)
1918-1919-cu illərdə Quba qəzasında erməni daşnakları tərəfindən qətlə yetirilən yəhudilərin xatirəsi yaxın gələcəkdə əbədiləşdiriləcək. Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidovun APA-nın şimal bürosuna açıqlamasına görə, bununla bağlı məsləhətləşmələr başa çatdırdıqdan sonra təkliflər paketi hazırlanacaq və konkret işə başlanacaq.
Qeyd edək ki, 1918-1919-cu illərdə ermənilərin Quba qəzasında törətdiyi soyqırımı zamanı 3 minədək yəhudinin xüsusi qəddarlıqla qətlə yetirildiyi bildirilir. Daşnak Amazaspın dəstələri yəhudilərin yığcam yaşadığı Qırmızı qəsəbə ərazisində kütləvi qətl və talanlar törədiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR