Bank Of Baku

“Konrad Adenauer” fondunun təşkilatçılığı ilə dəyirmi masa keçirilib

“Konrad Adenauer” fondunun təşkilatçılığı ilə dəyirmi masa keçirilib
# 12 aprel 2007 09:16 (UTC +04:00)
Bu gün “Konrad Adenauer” beynəlxalq fondunun təşkilatçılığı ilə Azərbaycanda demokratikləşmə prosesi mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, fondun Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə nümayəndəsi Mixaela Vinçera çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda demokratikləşmə prosesinin vəziyyətini öyrənməkdir. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat dünyanın müxtəlif ölkələrində bu istiqamətdə fəaliyyət göstərir. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev cəmiyyətin demokratikləşməsində QHT-lərin böyük rol oynadığını, bu günə kimi Azərbaycanda 3 mindən artıq QHT-nin rəsmi qeydiyyatdan keçdiyini deyib: “2003-cü ildə cəmi 88 QHT qeydiyyatdan keçmişdisə, hazırda bu rəqəm 3 mini ötüb. Lakin onların hamısı aktiv fəaliyyət göstərmir”. A. Əliyevin fikrincə, QHT-lərin problemlərindən biri onların siyasiləşməsidir. Məruzəçi Şahin Rzayev isə Azərbaycanda mətbuatın mövcud vəziyyətinin ürəkaçan olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda monitorinq aparan beynəlxalq təşkilatlar ölkədə mətbuat sahəsində vəziyyətdən narahatlıqlarını bildirirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR